Britaniya 8 min hərbçisini Şərqi Avropaya göndərir
8 minə yaxın Britaniya əsgəri hərbi təlimlərdə iştirak etmək üçün Şimali və Şərqi Avropaya göndəriləcək.
Demedia.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, Britaniya hərbi kontingentinin yerləşdirilməsi aprel-iyun ayları arasında pik həddə çatacaq.
“Quru qoşunlardan əlavə, Finlandiyadan Şimali Makedoniyaya qədər olan ölkələrdə onlarla Britaniya tankı və 100-dən çox zirehli döyüş maşını yerləşdiriləcək”, - məlumatda qeyd olunub.
Britaniya quru qoşunlarının komandanı, general-leytenant Ralf Vudis isə qeyd edib ki, təlimin əsas məqsədi Rusiya təcavüzünün qarşısını almaqdır.