Melitopolda kişiləri kütləvi şəkildə oğurlayırlar



 19:17 29.04.2022     311

Müvəqqəti işğal olunmuş Melitopolda rus hərbçiləri hərbi yaşda olan kişiləri kütləvi şəkildə qaçırırlar.

Demedia.az xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov deyib.

Onun sözlərinə görə, oğurlanan şəxslər naməlum istiqamətə aparılır:

“İnsanları nəzarət-buraxılış məntəqələrində oğurlayırlar, ruslar artıq kütləvi oğurluğa keçiblər. Hərbi yaşda olan bütün kişiləri oğurlayırlar. İki həftə əvvəl onlara Rusiya ordusunda xidmət təklif etməyə başlayıblar, bu gün isə onları keçid məntəqələrində oğurlayıb aparırlar. İnsanlar zirzəmidə qeyri-insani şəraitdə saxlanılır. Düşünürəm ki, onları Ukrayna ilə müharibə zamanı əməliyyatlarda iştirak etmək üçün mübadilə fondu və ya top yemi kimi istifadə etmək istəyirlər”.