Rusiya Odessa hava limanını BOMBALADI
Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.
Demedia.az xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.
Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.