Blinken Kuleba ilə danışdı: 33 milyardlıq yardım…



 17:00 01.05.2022     1969

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı baş tutub.

Demedia.az bildirir ki, bu barədə AVŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

"Dövlət katibi ABŞ diplomatlarının Ukraynaya qayıtması planları, o cümlədən bu həftə Lvova ilk səfərlər, eləcə də mümkün qədər tez Kiyevə qayıtmaq planları barədə məlumat verib", - deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin Vaşinqton administrasiyanın aprelin 28-də Konqresə Kiyevə 33 milyard dollar hərbi, iqtisadi və humanitar yardım tələbini də müzakirə ediblər.