Ruslar 3 Avropa ölkəsini nüvə hücumu ilə hədələdi
Rəsmi Moskva Qərbi növbəti dəfə nüvə silahı ilə hədələyib.
Demedia.az xəbər verir ki, “Rossiya-1” dövlət televiziyası Kalininqraddan atılacaq nüvə başlıqlı raketlərin hədəflərə çatma vaxtını efirə verib.
Kanalda RC-28 “Sarmat” raketi vasitəsilə Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrin paytaxtları hədəf götürülüb.
Bildirilib ki, söhbət Ukraynanı silahla təmin edən əsas üç ölkədən gedir.