"Həyatı üçün çox qorxur və bununla bağlı daxili sarsıntıları var" - Svetlana Arefniya
“Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə diqqət etsək, hazırda o həyatı üçün çox qorxur və bununla bağlı daxili sarsıntıları, sıxıntıları var. O, özü ilə ilə daxili münaqişədədir”.
Demedia.az xəbər verir ki, bu barədə psixologiya elmləri namizədi Svetlana Arefniya danışıb. Psixoloq qeyd edib ki, bütün dünyanın istehza ilə yanaşdığı, ələ saldığı uzun iclas masası diktatorun həyat qorxusundan xəbər verir. Yəni bu o deməkdir ki, Putin təkcə başqa ölkələrin prezidentlərindən deyil, həm də öz ətrafındakı insanlardan qorxur.
“Bir tərəfdən onun təhlükəsizliyi üçün nə qədər işlər görüldüyünə (gizlənir, bunker dəyişir, şamanları işə götürür və s.) baxanda məlum olur ki, o, həyatdan möhkəm yapışıb. Yoxsa o, camaatın arasına çıxar, onlarla ünsiyyətdə olardı. Yəni insanlarla daha açıq olardı”,- deyə Svetlana Arefniya bildirib.
Psixoloqun fikrincə, Vladimir Putinin həyatı üçün narahat olmasına baxmayaraq, geri dönüşü yoxdur. O, artıq iflasa uğrayıb.
"Bu səbəbdən də öz həyatını xilas etmək istəyən zaman daxilində böhran yaranır və öz sona doğru daha sürətlə gedir. O, konkret olaraq psixopat olsaydı, gördüklərimizi etməzdi. O, psixopat olsaydı, bütün bunları gizlədə bilərdi. Görünən odur ki, onun daxili şübhələri var”,- deyə Svetlana Arefniya qeyd edib.
Uzun bir müddətdir belə iddia səslənir ki, oktyabrda 70 yaşı tamam olacaq Putin, trioid xərçəngindən əziyyət çəkir. Və buna görə də, tiroid xərçəngi cərrahı da daxil olmaqla böyük bir həkim briqadası ilə gəzir.
Səhhətində mövcud olan həssaslıqlara görə pandemiya başlayandan bu yana Purtin özünü tam olaraq təcrid edib. Rusiyada testdən keçmək istəməyən dövlət başçıları ilə əl-ələ tutub görüşməkdən imtina edir. Ətrafındakı insanları da yaxına buraxmır. Hətta telefon və qulaqlıqdan da qorxduğu deyilir - onun fikrincə, bu əşyalardan onu şüalandırmaq üçün istifadə oluna bilər. Bəzi ekspertlərin fikrincə Putinin öz həyatı üçüb bu dərəcədə qorxması həm də yaxşı əlamətdir - bu halda o, nüvə silahından istifadə etməyəcək, çünki bu addım onun özünün də sonu demək olardı. O isə hələlik həyatdan bərk-bərk yapışıb. Bizimyol.info