Ukraynaya "dəhşətli raketlər" verilir - Rusiya bu silahlardan narahatdır



 15:24 02.05.2022     1504

"Brimstone" "hava-yer" tipli raketlər Britaniyanın Ukraynaya tədarük edəcəyi ən son model silah olacaq. Bu barədə "The Drive" yazıb.

Demedia.az bildirir ki, nəşrin iddia etdiyinə görə, yaxın həftələrdə Kiyev Londondan yüzlərlə belə raket alacaq. Qeyd edilir ki, "Brimstone" formal olaraq gəmi əleyhinə raketlərdir, lakin buna baxmayaraq yerüstü hədəflərə qarşı da istifadə edilə bilər. Nəşr xatırladır ki, Ukrayna hələ 2021-ci ilin oktyabrında belə silahların potensial alıcısı adlandırılırdı.

"Brimstone" xarici görünüşünə görə Amerikanın "AGM-114 Hellfire" hava-yer raketinə bənzəyir ki, bu raket sürətlə hərəkət edən hədəfləri vurmağa qadirdir. Silahın tank əleyhinə idarə olunan raket (TƏİR) kimi istifadə oluna biləcəyi qeyd edilir.

Aktiv radiolokasiya təyinat başlığı və tandem döyüş başlığı ilə təchiz edilmiş, səsdən sürətli, 50 kiloqramlıq "Brimstone"un uzunluğu təqribən 1,8 metr, atış məsafəsi 11,2 kilometrə qədər və buraxılış hündürlüyü 6 kilometrə qədərdir.

"Brimstone" raketlərinin Ukraynaya təhvil veriləcəyi ilə