Rusiyadan Ukraynaya tələb: Müqaviməti dayandırın
"Ukrayna əməliyyatları 9 May Qələbə Günü məqsədi daşımır".
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri VolodimirZelenskinin iddialarına cavab olaraq bildirib.
XİN başçısı deyib: "Həmişə olduğu kimi bayramı böyük təntənə ilə qeyd edəcəyik. Mülki və hərbi riskləri minimuma endirmək bizim üçün vacibdir”.
Mariupol şəhərindəki “Azovstal” fabrikinə sığınan ukraynalı əsgər və mülki vətəndaşların vəziyyətindən danışan Lavrovun sözlərinə görə, Zelenski bununla bağlı addım atmalıdır:
“Ukrayna Prezidenti Volodimir Zelenskidən tələb edirik ki, onların azadlığa buraxılması əmri versin, müqaviməti dayandırsınlar. Məqsədimiz Ukraynada rejimin dəyişdirilməsini əhatə etmir”. /Modern.az/