Nikol Paşinyanın İSTEFA VERƏCƏYİ GÖZLƏNİLİR - İDDİA



 09:54 03.05.2022     518

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda istefa verəcəyi gözlənilir.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbə məlumat verib. Ermənistan müxalifəti hazırkı hakimiyyətin hakimiyyətdən məhrum edilməsi prosesinin başladığını elan edib.

“Respublikada bir çox küçə və magistral yollar bağlanacaq. Mayın 2-dən başlayaraq genişmiqyaslı dinc vətəndaş itaətsizliyi aksiyaları başlayacaq. İrəvanın mərkəzi rayonunda bir dənə də olsun hərəkətdə olan avtomobil olmamalıdır”, – Ermənistan Milli Assambleyasının sədr müavini İşxan Saqatelyan bildirib.

Xatırladaq ki, aprelin 25-dən etibarən respublikanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi “Ermənistan” və “Şərəfim var” iki siyasi blokunun təmsil etdiyi parlament müxalifəti Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Ermənistan dərin siyasi böhrana qərq olur. Rusiyanın müdaxilə edib-etməyəcəyini yaxın günlərdə öyrənəcəyik.