Bayden Ukraynaya səfər etmək istəyir - Ağ Ev



 10:30 03.05.2022     911

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etmək istəyir. Lakin ABŞ spikeri Nensi Pelosinin gözlənilməz səfərinə baxmayaraq, Prezidentin Ukraynaya səfəri ilə bağlı hələlik konkret planlar yoxdur.

Bu barədə Demedia.az “Sky News”a istinadla xəbər verir.

Qeyd olunur ki, Pelosi müharibə başlayandan bəri Ukraynaya səfər edən ABŞ-ın yüksək səviyyəli rəsmisidir.

Ağ Evin sözçüsü Cen Psaki “Ukraynaya növbəti səfər edən şəxs Prezident ola bilərmi” sualına cavab olaraq "Baydenin Ukraynaya səfər etmək istədiyini", lakin "hələlik heç bir planın olmadığını" deyib.