Ukraynada döyüşən italiyalı futbolçu yaralanaraq vətəninə qayıtdı
İtaliyanın bir neçə futbol klubunda qapıçı kimi çıxış etmiş İvan Luka Vavassori əcnəbilərdən ibarət könüllü legionun tərkibində Ukraynada döyüşərək yaralanıb.
Demedia.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Bildirilib ki, İvan Luka Rusiya hərbçilərinin hücumunun qarşısını almağa kömək edib.
O, bu yaxınlarda Mariupoldan insanların təxliyəsi ilə məşğul olub və Rusiya hərbçilərinin atəşinə məruz qalıb. Futbolçu ilə əlaqə uzun müddət mümkün olmayıb, sonra isə onun yaralı olduğu üzə çıxıb. Vavassori sağ qalıb və İtaliyaya qayıtmağa qərar verib.
Vavassori İtaliyanın “Alçone”, “Lenyano”, “Pro Patriya” klublarında çıxış edib.