Qalmaqal böyüyür: Lavrov təhqirə keçdi
Biz İsrailin xarici işlər naziri Yair Lapidin Kiyevdəki neonasist rejimini dəstəkləmək üçün hazırkı İsrail hökumətinin kursunu daha çox izah edən anti-tarixi bəyanatlarına diqqət yetirdik. İsrailli nazir sözün əsl mənasında bunları söylədi: “Yəhudilər Holokost zamanı özlərini məhv etmədilər. Yəhudiləri antisemitizmdə günahlandırmaq yəhudilərə qarşı açıq-aşkar irqçilik səviyyəsidir”.
Demedia.az xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi öz "Telegram" kanalında yayıb:
Nədənsə, Qərb mətbuatı və bəzi liberallarımız hələ də Ukraynada neonasistlərin olub-olmaması ilə bağlı mübahisə edir. “Dəmir-beton” arqumentlərdən biri kimi Volodimir Zelenskinin yəhudi mənşəli olması göstərilir. Mübahisə təkcə əsassız deyil, həm də hiyləgərdir.
Ancaq Ukraynada həqiqətən mövcud olan, hətta çılğın rusofobiyanı və rusca olan hər şeyə qarşı mübarizəni bir kənara qoysaq belə, ən açıq antisemitizm və romofobiyadır. Bunu bir müddət əvvəl hətta düşünmək belə ağlasığmaz idi.
Bundan əvvəl KAN kanalı Rusiyanın Təl-Əvivdəki səfirinin İsrail Xarici İşlər Nazirliyinə çağırıldığını bildirmişdi. Səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovin İtaliya televiziyasına müsahibəsindən sonra XİN-ə çağırılmışdı. Lavrov Ukrayna prezidenti Volodimir Zelenskini Hitlerlə müqayisə etdikdən sonra onun “həm də yəhudi olduğunu” bildirmişdi. Lavrov iddia etmişdi ki, "antisemitizm elə ən çox yəhudilər arasında yayılıb".
Yair Lapid
İsrailin xarici işlər naziri Yair Lapid isə buna cavab olaraq bilsdirmişsi: “Bu, bağışlanmaz və həddini aşan bəyanat, tarixin dəhşətli və qalmaqallı təhrifidir. Holokost zamanı yəhudilər özlərini öldürmədilər. Bu, yəhudilərin özlərini antisemitizmdə ittiham etmək üçün yəhudilərə qarşı irqçiliyin ən aşağılayıcı səviyyəsidir”. Bizimyol.info