Rusiyanın uzaqmənzilli raketləri tükənir - Moskva quru hədəflərini "dəniz raketləri" ilə vurdu



 17:44 04.05.2022     4229

Rusiya Ukrayna ərazisini “Oniks” raketləri ilə vurmağa başlayıb. Bu, Moskvadakı yüksək dəqiqlikli uzaqmənzilli başqa tip raketlərin tükənmək üzrə olduğunu göstərir.

Demedia.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Müharibə Araşdırma İnstitutu (MAİ) gəlib.

Bildirilib ki, aprelin 30-da müharibənin hər iki tərəfi Odessanın “Oniks” raketləri ilə atəşə tutulduğunu açıqlayıb. Lakin gəmi əleyhinə raket olan “Oniks” vasitəsilə şəhərdəki dəniz hədəflərinə deyil, hava limanına zərbələr endirilib. İnstitutun analitikləri hesab edirlər ki, bu, Rusiyada yüksək dəqiqlikli uzaqmənzilli raketlərin digər növlərinin çatışmazlığından xəbər verə bilər.

Gecə vaxtı Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutu (münaqişənin gedişatını ətraflı təhlil edən nüfuzlu tədqiqat mərkəzi) öz tviter səhifəsində Rusiyanın gəmi əleyhinə Oniksdən istifadə edilməsindən danışmağa başladığına diqqət çəkib. Hər iki tərəf, məsələn, aprelin 30-da Odessa hava limanına belə raketlərin atıldığını bildirib. İnstitutun analitikləri hesab edirlər ki, bu, Rusiyada yüksək dəqiqlikli uzaqmənzilli raketlərin digər növlərinin çatışmazlığından xəbər verə bilər.

Bundan başqa, digər hərbi təhlilçilər də bu qənaətdədirlər. Belə ki, ABŞ Dəniz Təhlili Mərkəzinin Rusiya proqramının direktoru Maykl Kofman MAİ-dən hələ bir neçə saat öncə bu barədə tviterdə yazıb: “Mən yüksəkdəqiqlikli raketlərin digər növlərinin azalması qənaətindəyəm. Bu, başqa rolda istifadəsi baha başa gələn bir sistemdir”.