Ermənistanda daha bir yüksək rütbəli məmur saxlanılıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və İcazələr departamentinin rəhbərini saxlayıb.
Nexeber.az APA-ya istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İstintaq zamanı saxlanılan şəxs A.N-nın sentyabrın 6-da külli miqdarda rüşvət müqabilində şirkətlərdən birinin gömrük bəyannaməsində edilən saxtalaşdırmaya göz yumması müəyyən edilib. Belə ki, BƏƏ-dən Ermənistana cilalanmış brilyant idxal edən şirkətin gömrük bəyannaməsində məhsulun gömrük dəyəri 148 535 ABŞ dolları göstərilib. Ekspertlərin araşdırması nəticəsində ölkəyə gətirilən məhsulun real dəyərinin 811 min dollar olması, saxtalaşdırma nəticəsində büdcədən külli miqdarda vergi ödənişinin yayındırılması müəyyən edilib.
Faktla əlaqədar daha 10 nəfər MTX-nın təhqiqat departamentinə aparılıb.