Yeni mərhələ başlayır: Zelenski Ukrayna ordusunun hücuma keçəcəyini elan etdi
“Müharibənin yeni mərhələsi başlayır. Ukrayna ordusu bir addım belə geri çəkilməyəcək”.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib. O bildirib ki, birinci mərhələdə Ukrayna ordusu rus qüvvələrin irəliləməsinə mane olub. İkinci mərhələdə isə məqsəd rusları ölkədən çıxarmaqdır. Zelenskinin sözlərinə görə, bəzi cəbhələrdə Ukrayna ordusu müdafiə mövqeyi tutub:
"Hərbçilər dəstəyin gəlməsini gözləyir.Yeni hərbi vasitələr gələndən sonra hərbçilər irəli gedəcək".