İsrailli muzdlu döyüşçülər Ukrayna ordusuna qoşulub - Rusiyadan SƏRT İTTİHAM
“Ukraynanın Azov batalyonunda israilli muzdlu döyüşçülər var və onlar Rusiyaya qarşı mübarizə aparır”.
Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, İsrailin bundan xəbərsiz olması mümkün deyil:
“Onların eşitmək istəmədiyi hadisə barədə deyəcəm. Bəlkə maraqlı gələr. Ukraynada israilli muzdlu döyüşçülər Azov silahlılarıyla çiyin-çiyinədir. Bununla bağlı özüm görüntülər izləmişəm”.
Qeyd edək ki, son günlər Rusiya və İsrail arasında diplomatik gərginlik var.