"Ukraynaya silah daşıyan NATO təyyarələrini vuracağıq" - Rusiya rəsmən hədələdi
“Ukraynaya silah daşıyan NATO-ya məxsus nəqliyyat təyyarələri Rusiya ordusunun hədəfi ola bilər”.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib. O deyib:
“ABŞ və NATO müttəfiqləri Ukraynaya silah daşımağa davam edir. Ukrayna ordusunun ehtiyacları üçün ölkəyə silah və hərbi vasitələr daşıyan NATO-nun istənilən nəqliyyat vasitəsini bizim məhv etmək haqqımız var”.