Rus generalları NECƏ ÖLDÜRÜLÜR? - Bu ölkə DƏSTƏK OLUR
ABŞ Rusiya-Ukrayna müharibəsi zamanı ukraynalılara rus generallarını öldürməyə imkan verən kəşfiyyat məlumatları təqdim edib.
Demedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, Ukrayna rəsmiləri cəbhə xəttində 12 rus generalının öldürüldüyünü dedikdə bu rəqəm hərbi analitikləri təəccübləndirmişdi:
“Məqsədli yardım Bayden administrasiyasının Ukraynaya real vaxt rejimində döyüş sahəsinin kəşfiyyatı ilə təmin edilməsi üçün gizli yardımının bir hissəsidir. Kəşfiyyat məlumatları Moskvanın Donbasdakı gizli müharibə planı ilə bağlı ABŞ-ın son qiymətləndirmələrindən irəli gələn Rusiya qoşunlarının hərəkətlərini də əhatə edir. Lakin onlar ABŞ-ın yardımı nəticəsində neçə generalın öldürüldüyü barədə ətraflı məlumat verməkdən imtina ediblər. Birləşmiş Ştatlar Rusiya ordusunun tez-tez köçürülən mobil qərargahının yerini və digər təfərrüatı Ukraynaya təqdim edib. Ukrayna ABŞ-ın yüksək səviyyəli rus zabitlərinin yeri barədə ələ keçirilmiş rabitə məlumatlarını öz kəşfiyyat məlumatları ilə birləşdirib”.
Nəşr vurğulayıb ki, Administrasiya bunun eskalasiya kimi qiymətləndiriləcəyindən və Rusiya Prezidenti Vladimir Putini müharibəni genişləndirməyə təhrik edəcəyindən ehtiyat edərək, döyüş meydanında kəşfiyyat məlumatlarının böyük hissəsini gizli saxlamağa çalışıb:
“Müharibə boyu ABŞ kəşfiyyat orqanları rus qoşunlarının hərəkətini izləmək üçün müxtəlif mənbələrdən, o cümlədən gizli və şəxsi peyklərdən istifadə edirdilər. Rəsmilər açıq şəkildə etiraf ediblər ki, Birləşmiş Ştatlar fevralın 24-dən Ukraynanı əməliyyat kəşfiyyatı ilə təmin etməyə başlayıb. ABŞ kəşfiyyatı Ukraynaya Rusiya qoşunlarının hərəkətindən tutmuş hədəflər haqqında məlumatlara qədər, geniş spektrdə məxfi məlumatlar verib”.
Qeyd edək ki, kəşfiyyat məlumatlarının ukraynalılarla paylaşılması ilə bağlı suala Pentaqonun sözçüsü Con Kirbi “bu məlumatın təfərrüatı barədə danışmayacağıq” deyib. Lakin o, etiraf edib ki, Birləşmiş Ştatlar Ukraynanı özünü müdafiə etmək üçün istifadə edə biləcəyi informasiya və kəşfiyyat məlumatları ilə təmin edir.