Rusiyanın HƏDƏFİ: Xarkovu işğal etmək üçün...
Rusiya hələ də Xarkovu nəzarətə götürmək niyyətindədir.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib.
Kirbi bildirib ki, Ukrayna Silahlı Qüvvələri son günlər rusları vilayət mərkəzindən xeyli uzaqlaşdırıb:
"Ukraynalılar Xarkovu hələ də saxlayırlar. Onlar Xarkovu heç vaxt təslim etmədilər. Ukrayna rus qoşunlarını şəhərdən təxminən 20-30 mil şərqə doğru geri otuzdurub. Ruslar orada heç bir irəliləyiş əldə etməyiblər”.
O qeyd edib ki, Xarkov hələ də Rusiyanın hədəfindədir:
“Biz hələ də rusların Xarkovu almaq istədiyini düşünürük. Siz xəritəyə baxın, görəcəksiniz ki, bu, böyük sənaye şəhəridir və birbaşa Donbasın şimal-qərbində yerləşir. Deyəsən, rusların hələ də Xarkov üçün planları var”.//Axar.az