Maxov Xarkovda öldürüldü - Zelenski intiqam sözü verdi
Ukraynanın tanınmış televiziya müxbiri Aleksandr Maxov Xarkovda ruslar tərəfindən öldürülüb.
Demedia.az xəbər verir ki, bunu səhər yaydığı videoda Vladimir Zelenski açıqlayıb.
“O, vətənpərvər, səmimi, təkəbbürdən uzaq və ən cəsurlar arasında birinci idi. Rusiya bunun bədəlini ödəyəcək”, - Zelenski qeyd edib.
Qeyd edək ki, 36 yaşlı Maxov Rusiya-Ukrayna müharibəsində öldürülən 8-ci jurnalistdir.//Axar.az