Ukrayna ordusu “Azovstal”a hücumu DƏF ETDİ
Mayın 5-nə olan vəziyyətə görə, Ukrayna ordusu “Azovstal”a hücumu dəf edə bilib.
Demedia.az xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Dünən rus qoşunları “Azovstal”ın ərazisinə girdilər, amma döyüşçülərimiz onları vurub çıxardı. Hazırda zavodun ərazisində döyüşlər gedir. Hərbçilərimiz düşmənin üstün qüvvələrinin qarşısını almaqda davam edir”, - Arestoviç bildirib.