Macarıstan rus neftinə sanksiyalara veto qoyacaq
Neft embarqosu qəbul edilərsə, bu, Macarıstan iqtisadiyyatına atılan atom bombası demək olacaq.
Qazet.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, neftin Rusiya əvəzinə başqa ölkədən alınmasının çox baha başa gəldiyini, Macarıstan üçün 5 illik keçid dövrü tələb etdiyini və hökumətin bu problem həll olunana qədər veto hüququndan istifadə edəcəyini bildirib.
Orban Avropa İttifaqı Komissiyasının Rusiyadan neft idxalına qadağa qoyulması təklifini dəstəkləməyəcəklərini vurğulayıb.
Qeyd edək ki, təklif bu gün müzakirəyə çıxarılacaq.