Rusiya çağırışçıları müharibəyə göndərir – Kəşfiyyat
Cəbhədəki yüksək itkilər səbəbindən rusiyalı hərbçilər təcili olaraq şəxsi heyət ehtiyatlarını artırmağa çalışırlar. Müharibədə iştirak etmək üçün çağırışçıların cəlb edilməsi halları getdikcə daha tez-tez qeydə alınır.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
"Müəyyən edilib ki, 98-ci HHM-nin (İvanovo) 217-ci desant alayı çağırışçılarla birlikdə Ukrayna ərazisində hərbi əməliyyatlarda fəal iştirak edir. Bu gün rusların 98-ci diviziyası Xarkov ərazisində döyüşlərə qatılıb. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsinin 8-ci ordusunun çağırışçıları 4 günlük təlim kursu keçirlər. Bundan sonra onlar Ukrayna ərazisinə motoatıcı hissələrin tədarükü üçün göndərilir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya ordusunda fərarilik halları tez-tez baş verir:
“Belə ki, Xerson rayonunun Rıbalçe kəndində hərbçilər 15 rus əsgərini axtarırlar. Onlar Ukrayna ordusu ilə döyüşmək istəmirlər və bölməni tərk ediblər”.