"Rusiyanın planı baş tutmayacaq" - Ukrayna Prezident Ofisi
“Rusiyanın işğal olunmuş ərazilərdə referendum keçirmək planı baş tutmayacaq”.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
“Bu cəhdlər Rusiya üçün daha ciddi itkilərlə nəticələnəcək. Rusiyanın referendum, xalq respublikaları və ərazilərin ilhaqı ilə bağlı bəyanatları əhəmiyyətsizdir. Bunların heç biri olmayacaq. Sadəcə, Rusiyanın məhv edilmiş hərbçilərinin sayı artacaq”, - o vurğulayıb.