Rusiya ordusu dinc sakinlərin sığındığı MƏKTƏBİ BOMBALADI



 09:07 08.05.2022     641

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.

Demedia.az-ın məlumatına görə, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serqey Qayday teleqramda məlumat verib.

Onun sözlərinə görə, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər:

“Lakin ev də dağıldıqdan sonra insanlar məktəbin binasında gizlənirdilər. Faciə baş verən zaman məktəbdə təxminən 90 nəfər olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir”.