Bu, artıq Rusiyanın təslim olmasıdır - ŞOK AÇIQLAMA
Ukrayna Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində rus ordusunun Xarkov vilayətində 3 körpünü partlatması Putin ordusunun müəyyən qədər təslim olmasından xəbər verir.
Demedia.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlaşarkən körpüləri partladırlar. Onlar artıq bunu (Ukrayna Silahlı Qüvvələrinin hücumunu – red.) hesablayıblar. Bu, onların bir növ təslim olmasıdır”, - politoloq vurğulayıb.
O qeyd edib ki, bu, Ukrayna ordusunun əks-hücumunu çətinləşdirmək üçün edilir: "Fikrimcə, bu, Putinin mayın 9-dan əvvəl düşünə biləcəyi ən yaxşı şeydir”.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri ponton körpüləri düzəltməli olacaqlar:
“Bu, Donetsk və Luqanskın ələ keçirilməsini təxminən 2 həftə ləngidəcək, lakin əsas ssenarini dəyişməyəcək”.//Axar.az