Luqanskda rusların zirehli texnikaları məhv edildi
Luqansk vilayətində rusların ponton keçidi və onunla birlikdə xeyli sayda texnika məhv edilib.
Deemdia.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko Teleqram kanalında məlumat verib.
“Rusların Luqansk vilayətində keçidi dağıdılıb. Ponton keçidi ilə birlikdə Ukrayna Silahlı Qüvvələri işğalçıların 3 piyada döyüş maşınını, 1 IMR (mühəndislik maneələrinin qarşısını alan maşın - red.) və 3 yük maşını məhv edib”, - o, bildirib.