Zelenski AÇIQLADI: Aİ-yə namizəd statusu almaq üçün...



 21:21 09.05.2022     904

Ukrayna Avropa İttifaqına namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurub və onu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə nümayiş etdirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalında bildirilib.

Məlumata görə, hadisə Ukraynanın dövlət başçısının avropalı siyasətçi ilə videokonfrans formatında görüşü zamanı olub.