NATO-nun iyulda keçiriləcək sammitində Ukraynadakı durum müzakirə olunacaq



 19:50 10.05.2022     1020

“NATO-nun iyulda keçiriləcək sammitində Ukraynadakı vəziyyətlə əlaqədar təhlükəsizliyin gücləndirilməsi tədbirləri müzakirə olunacaq”.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleti Olaf Şolts deyib.

O bildirib ki, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır: “Alyans miqyasında Ukraynadakı durum müzakirə olunacaq. Ukraynanı bütün gücümüzlə müdafiə etmək, o cümlədən silah-sursatla təmin etmək lazımdır. Biz bu barədə yekdil fikirdəyik. Sanksiya məsələsində isə biz yeni tədbirlər görməyə hazırıq”.