İngiltərədə 59 ildən sonra BİR İLK YAŞANDI - FOTO
Böyük Britaniya Parlamentinin yeni qanunvericilik dövrü - 2022-2023-cü illərin açılışı olub.
Demedia.az Türkiyə mətbuatına istinadala xəbər verir ki, İngiltərə kraliçası II Elizabet 59 ildən sonra ilk dəfə səhhətindəki problemlərə görə açılışa qatıla bilməyib. Onun yerinə açılışı oğlu Şahzadə Çarlz edib.
Qeyd edilib ki, kraliçanın 3000 brilyantla bəzədilmiş tiara və digər mühüm mərasim aksesuarları Bukingem Sarayının yüksək vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı vaqonlarda parlamentə aparılıb və mərasimin sonunda saraya qaytarılıb. Tac Kraliça Elizabetin oturacağı yerə qoyulub.
Mərasimə qatılan Şahzadə Çarlzın həyat yoldaşı Kornuol hersoginyası Camila və oğlu Şahzadə Uilyam çıxış edildən taxtın sağında və solunda əyləşiblər.
Bukingem Sarayının bəyanatında deyilir: "Kraliçanın epizodik hərəkətlilik problemləri davam edir və həkimləri ilə məsləhətləşərək, könülsüz olaraq parlamentin açılışında iştirak etməmək qərarına gəlib".