Ukrayna bütün ərazilərini işğaldan azad edəcək - Moskvanın planı iflasa uğrayır
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bütün işğal edilmiş ərazilər azad edildiyi zaman Ukrayna qələbə çalmış olacaq.
Demedia.az xəbər verir ki, Kuleba bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb. O, qeyd edib ki, Qərb müttəfiqləri vəd etdiyi ağır silahları tez çatdırsalar, Ukrayna Rusiya qoşunlarını tamamilə sıxışdırıb çıxara bilər.
Xarici İşlər naziri bildirib ki, müharibənin ilk aylarında Ukraynanın qələbəsi qoşunların fevralın 24-dək mövqelərə çıxarılması olardı. İndi isə, vəziyyət dəyişib.
“İndi hərbi cəbhədə kifayət qədər güclü olsaq, bu müharibənin sonrakı dinamikası üçün həlledici olacaq. Biz Donbass uğrunda döyüşdə qalib gəlsək, bu müharibədə bizim üçün qələbə qalan ərazilərimizin də azad edilməsi olacaq”,- deyə Kuleba bildirib. O, əlavə edib ki, Rusiyanın bu müharibədə məğlubiyyəti Ukraynaya Qara dəniz limanlarını açmağa və ixrac iqtisadiyyatını dirçəltməyə imkan verəcək.
“Əgər Kiyev daha çox hərbi dəstək alsa, biz Rusiya ordusunu Xerson bölgəsindən geri oturda, Qara dəniz donanmasını məğlub edə və dəhlizin blokunu aça bilərik”,- deyə nazir bildirib. Bütün bunlara baxmayaraq, Kuleba etiraf edib ki, ciddi qan töküləcəyi təqdirdə, nizamlanma danışıqlar yolu ilə aparılmalı olacaq və Ukrayna bu məqama “ən güclü kartlarla” yaxınlaşmaq istəyir.
Rusiya fevralın 24-də Ukrayna hücum edərkən müharibənin qısa müddətdə başa çatacağını proqnoz etsə də, güclü müqavimətlə qarşılaşdı. Müharibə Rusiya ordusunun zəif tərəflərini ortaya çıxarmaqla dünyanın gözündə Kremlə böyük birabırçılıq yaşadıb. Ukrayna qaşısında məğlubiyyətini həzm edə bilməyən Kreml zaman-zaman nüvə silahından istifadəyə eyhamlar vurub. Amma Qərb bu eyhamların qarşılığında Putinin fiziki cəhətdən məhv edilməsi barədə açıqlamaları artırmaqla Kremli bu barədə az danışmağa məcbur edə bildi. Bizimyol.info