Türkiyə və Qazaxıstan birgə dron istehsal edəcək



 16:50 11.05.2022     1056

Türkiyənin TUSAS aerokosmik şirkəti ilə “Kazakhstan Engineering” şirkəti “ANKA” PUA-sının Qazaxıstan ərazisində birgə istehsalı barədə razılaşıb.

Demedia.az “CNN Türk”ə istinadən xəbər verir ki, tərəflər bununla bağlı niyyət protokolu imzalayıb.

Birgə istehsalla yanaşı, pilotsuz aparatların birgə yığılması və istehsal texnologiyalarının Qazaxıstana verilməsi də nəzərdə tutulub.

Qazaxıstan Türkiyədən kənarda “ANKA” kəşfiyyat-zərbə dronlarını istehsal edəcək ilk ölkə olacaq.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edib.