Ukraynalı qadından ŞOK: Rus komandanla işbirliyinə girərək ukraynalı hərbçiləri təslim edib - VİDEO



 17:19 11.05.2022     1226

Ukraynada vacib məlumatları Rusiya ordusuna ötürməkdə ittiham edilən bələdiyyə işçisi Nadiya Antonova adlı qadın saxlanılıb.

Demedia.az xəbər verir ki, Ukraynanın xüsusi xidmət orqanlarının iştirak etdiyi əməliyyat işğaldan azad edilən Xarkovun Kutuzivka qəsəbəsində aparılıb. Qadın Rusiya ordusu tərəfindən bombalanmış hökumət binasının zirzəmisində tapılıb. İddialara görə bələdiyyə işçisi Rusiya tərəfinə yerli müdafiə qüvvələrinin əsas bölmələri hesab edilən hərbçilərin, polislərin və terrorizmlə mübarizə mütəxəssislərinin adlarını ötürüb.

Həmçinin qadının yerli sakinlər arasında ruslara müqavimət göstərməmək üşün təbliğat apardığı bildirilir. Məlumata görə, Nadiya birbaşa Rusiya ordusunun komandanları ilə işbirliyi quraraq, ukraynalı hərbçilərin təslim olmasına şərait yaradıb.