Yaşı 16-dan az olan yeniyetmələrin canlı yayım açması qadağan edildi
Çində yaşı 16-dan az olanlar sosial media hesablarında canlı yayım aça bilməyəcəklər.
Demedia.az xəbər verir ki, Çinin media qurumu belə qərar imzalayıb. Qərarə görə, yaşı 16-18 arası olan gənclər isə canlı yayım açmaq üçün valideynlərinin icazəsini təqdim etməlidir. Bildirilir ki, yeniyetmələrə qarşı tətbiq edilən qadağa kiber hücumlarla bağlıdır. Məqsəd gəncləri bu təhlükədən müdafiə etməkdir.