Qırğızıstan prezidentinin mətbuat katibi həbs edildi
Qırğızıstan prezidentinin mətbut katibi Nurqazı Anarkulov fırıldaqçılıqda ittiham edilərək saxlanılıb.
Nexeber.az xəbər verir ki, bu məlumatı Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi yayıb. Məlumata görə, o, yüksək vəzifələrdən birinə iddialı olan şəxslərdən onun işinin həlli üçün vəzifə səlahiyyətlərindən istifadə edərək, fırıldaqçılıqla yüksək məbləğdə vəsait almaqda ittiham edilib.
Qeyd edək ki, Anarkulov Qırğızıstan prezidentinin mətbuat katibi vəzifəsinə keçən ilin payızında təyin olunub.