Ukraynaya İNANILMAZ DƏSTƏK: 40 milyard dollarlıq yardım ayırdılar
ABŞ-ın Nümayəndələr Palatası Prezident Co Baydenin Ukrayna üçün tələb etdiyi 33 milyardlıq dəstək paketinin miqdarını 40 milyard dollara çatdıraraq təsdiq edib.
Demedia.az xəbər verir ki, sənədin lehinə 368 səs verilib. 57 senator isə sənədə qarşı çıxıb. Məlumata görə, bu məbləğin əsas hissəsi Ukraynanın müdafiəsi üçün ayrılıb. Sənəd Senat və Bayden tərəfindən təsdiq ediləndən sonra yardımların göndərilməsinə başlanılacaq.