Ermənistanda nə baş verir? - İrəvandan ŞOK XƏBƏRLƏR gəlir



 10:28 12.05.2022     745

İrəvanda etirazçılar meriya binasının girişini bağlayıb, polislə dava başlayıb.

Demedia.az xəbər verir ki, İrəvanda müxalifətin kütləvi yürüşünün iştirakçıları şəhər meriyasının bütün girişlərini bağlayıblar. Bundan sonra polislə toqquşma başlayıb.

Etiraz aksiyası yerli xəbər portalları tərəfindən yayımlanır.

Polis nümayişçilərin binaya girməməsi üçün onları geri itələməyə çalışır. Hüquq-mühafizə orqanları aksiya iştirakçılarına səsgücləndiricilərdən istifadə edərək onların hərəkətlərinin qanunu pozması barədə xəbərdarlıq edirlər.

Xatırladaq ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Baş nazir isə iki həftəlik Hollandiyada səfərdədir.