Rusiyanın planı ələ keçdi - Putin məqsədindən geri çəkilməyib
Sumı vilayətinin Trostyanets şəhərində Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiya Silahlı Qüvvələrinin hərbçilərindən Rusiyanın bütün Ukrayna ərazisini ələ keçirməyə hazırlaşdığını göstərən mühüm sənədlər aşkar ediblər.
Demedia.az xəbər verir ki, Dövlət İstintaq Bürosunun idarənin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə büronun direktoru Aleksey Suxaçev məlumat verib.
Qeyd olunur ki, Büronun müstəntiqləri işğalçılar tərəfindən faktiki dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirib. Təcavüzkarın döyüş hissələrinin yerləşdiyi yerlər, artileryaların atəş mövqeləri müəyyən edilib. Burada Rusiya hərbçilərinin sənədləri və şəxsi əşyaları müsadirə edilib.
“Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin Rusiyanın Ukraynanın bütün ərazisini ələ keçirməyə hazırlaşdığını açıq şəkildə göstərən mühüm sənədləri aşkar ediblər. Bütün bu məlumatlar öyrəniləcək və iş materiallarına əlavə olunacaq”, - Suxaçev vurğulayıb.