Mühasirədə olan ukraynalı hərbçilər təslim olmayacaq: Rus ordusu 2 min əsgəri məğlub edə bilmir



 12:24 12.05.2022     1514

"Azov" alayının kəşfiyyat şöbəsinin zabiti İlya Samoylenko bildirib ki, onun bölməsi ruslara təslim ola bilməz, çünki onlara Mariupolda "Azovstal"ın müdafiəsini saxlamaq əmri verilib və hərbçi ona verilən əmr digər bir əmrlə dayandırılmayınca onu poza bilməz.

Demedia.az xəbər verir ki, o, bu barədə "Sky News"a müsahibəsində bildirib.

"Biz təslim ola bilmərik, çünki təslim olmaq əmrimiz yoxdur. Biz qabaqcadan verilən əmri pozmayacağıq. Bu, çox vacibdir. Peşəkar hərbçi ona verilən əmrləri poza bilməz, əks halda hərbi qulluqcu cinayət məsuliyyəti daşıyır. Biz əmrlərə ciddi əməl edirik. Verilmiş əmri yalnız bizdən yüksək ranqlı komadirlər dayandıra bilər. Lakin hazırda mühasirədə olduğumuza görə, o komandirlərin buraya gəlmək etimalı azdır və biz də bu səbəbdən aldığımız əmrə uyğun hərəkət edirik",- deyə o qeyd edib.

Qeyd edək ki, "Azovstal"da 2 minə yaxın ukraynalı hərbçinin olduğu güman edilir.