İtaliya bu 2 ölkəyə silah ixracatını dayandırdı



 13:48 30.01.2021     206

İtaliya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah ixracatını dayandırıb.

Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Luici Di Mayo məlumat verib. Qeyd edib ki, iki körfəz ölkəsi ilə silah ixracı müqavilələri ləğv olunub.

"Bu gündən etibarən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket və bomba ixracı üçün davam edən lisenziyalar ləğv edildi", - deyə Baş nazir bildirib.

Di Mayo insan hüquqlarına hörmət etməyin məcbur olduğunu, hər iki ölkəyə satılan silahların Yəməndəki vətəndaş müharibəsində istifadə edildiyini vurğulayıb.