Şimali Koreyada koronavirusa ilk yoluxma qeydə alındı - Kim Çen In təcili vəziyyət elan etdi
Şimali Koreyada ilk dəfə rəsmən koronavirusa yoluxmanın qeydə alındığı açıqlanıb.
Demedia.az xəbər verir ki, yoluxma Pxenyanda qeydə alınıb. Yoluxmanın sayı barədə məlumat verilməyib. Məlumata görə, Pxenyanda qeydə alınan koronavirusun Omicron BA.2 növüdür. Bildirilir ki, Şimali Koreya lideri Kim Çen In və digər rəsmilərin toplantılarında “ən yüksək fövqəladə epidemiyanın qarşısının alınması sistemi” tətbiqi ediləcək. Kim Çen In ölkənin bütün bölgələrdində tədbirlər görülməsi barədə çağırış edib.
Qeyd edək ki, xarici KİV-lərin iddiasına görə, buna qədər Şimali Koreyada koronavirusa rast gəlinsə, rəsmən açıqlanmayıb.