Karantin dövründə 50 yaşlı qadın 1 ay telefon köşkündə yaşayıb - FOTOLAR
Çində koronavirus pandemiyasına görə, qadının iti ilə birlikdə bir ay ərzində telefon köşkündə karantində qaldığı məlum olub.
Demedia.az xəbər verir ki, 50 yaşlı qadının köşkdə qaldığı ətrafdakıların paylaşdığı fotolar vasitəsilə üzə çıxıb. 1 aydan sonra rəsmi qurumlar hərəkətə keçərək, qadını daimi sığınacağa yerləşdirib. Məlumata görə, qadın telefon köşkündə qalmağı özü seçib. Qadın deyib ki, tək yaşamaq istədiyi üçün köşkdə qalmağı seçib.
Qeyd edək ki, Çində koronavirusun yenidən yayılmasından sonra sərt karantin tədbirləri elan edilib.