Rəsmən elan etdilər: Rusiyanın qorxduğu başına gəldi
Finlandiya Prezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin ölkənin NATO-ya üzv olması barədə birgə açıqlama yayıb.
Demedia.az xəbər verir ki, ölkə rəhbərliyinin sözlərinə görə, Finlandiya NATO-ya üzv olmaq üçün dərhal müraciət etməlidir:
“NATA-ya üzv olmaq Finlandiyanın təhlükəsizliyini artıracaq. Gecikmədən NATO-ya üzv olmaq üçün müraciət etməliyik”.
Qeyd edək ki, İsveçin də oxşar həmlə edəcəyini gözlənilir. Rusiya İsveçi və Finlandiyanı NATO-ya üzv olmağa cəhd edəcəyi təqdirdə nəticələrinin olacağı barədə xəbərdarlıq etmişdi.