Qılınclar çəkildi: Rusiyadan və NATO-dan sərt açıqlama - Növbəti hədəf Finlandiyadır
“Finlandiyanın NATO-ya qatılması Rusiya üçün qəti şəkildə təhdiddir”.
Demedia.az xəbər verir ki, Finlandiyanın NATO-ya qatılacağını açıqlamasına Kremldən belə münasibət bildirilib:
“Ukraynanın Rusiya sərhədinə hücumları bu bölgələrdə təhlükəsizliyi təmin edəcək tədbirlərin artırılmasının vacib olduğunu ortaya qoyur. Hamı Rusiya ilə NATO arasında toqquşmadan yayınmaq istəyir. NATO-nun təsir dairəsinin genişlənməsi dünyanın və Avropanın daha təhlükəsiz olacağı anlamına gəlmir”.
NATO-dan isə bildirilib ki, Finlandiyanın NATO-ya üzv olması həm NATO-nun, həm də Finlandiyanın təhlükəsizliyini gücləndirəcək.