Litva Rusiyadakı səfirini geri çağırıb



 09:58 13.05.2022     771

Litva Seyminə iyunun 1-dən səfirin Rusiyadan geri çağırılması və iyunun 7-dən Sankt-Peterburqdakı Baş Konsulluğun ləğvi haqqında fərman layihəsi təqdim edilib.

Demedia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin saytında yer alan sənədlərdə deyilir.

Qeyd olunur ki, layihə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb.

Bundan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ölkəsinin Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını, həmçinin Moskvadan səfirini geri qaytardığını bildirib. Rusiyanın Klaypedadakı konsulluğu da bağlanıb.