Yunanıstan qalmaqallı sazişi təsdiqlədi - ABŞ-a “yaşıl işıq” yandırıldı



 11:22 13.05.2022     1236

Yunanıstan parlamenti ölkədə etirazlara səbəb olan və Vaşinqtona ölkədə yeni bazalar açmağa icazə verən ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlığı Sazişini (MDCA) ratifikasiya edib.

Demedia.az xəbər verir ki, Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin ABŞ-a səfərindən əvvəl parlamentdə təsdiqlənən razılaşma Vaşinqtona bu ölkədə biri dənizdə olmaqla ümumilikdə 4 hərbi baza açmağa icazə verir.

İlk dəfə 1990-cı ildə imzalanan saziş ABŞ-a Yunanıstanda təlim və əməliyyatlar keçirməyə də icazə verir.

Beş il qüvvədə olacaq sazişə görə, ABŞ Yunanıstanın mərkəzi və şimal bölgələrində iki, Krit adasında isə 1 hərbi dəniz bazası olmaqla, ümumilikdə bu ölkədə 4 hərbi baza qura biləcək.

ABŞ Dövlət katibi Entoni Blinken bu sazişi Yunanıstan və Amerika arasında müdafiə sahəsində əməkdaşlığın “məhək daşı” adlandırıb.