Finlandiya NATO üçün hərəkətə keçdi - Rusiyanın cavabı dəhşətli olacaq



 11:59 13.05.2022     1175

Finlandiyanın prezidenti və baş naziri NATO-ya üzv olmaq üçün addım atıb. 

Demedia.az xarici mediaya istinadən xəbər verir ki, illlərdir kontinental Avropada görülməyən belə bir hərəkət bütün tarazlıqları dəyişə bilər. Rusiya hərbi yolla cavab verəcəyini desə də, NATO üzvü olmayan İsveçdə uzun müddət fəallıq müşahidə olunur.

 

Finlandiya prezidenti Sauli Niinisto və baş nazir Sanna Marin NATO-ya üzv olmaq üçün müraciətin təxirə salınmadan verilməsini tələb ediblər. Bu tələb üzərinə NATO-nun baş katibi Yens Stoltenberq sürətli üzvlük prosesinə başlayacaqlarını açıqlayıb.

 

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bu addıma hərbi cəhətdən cavab verəcəklərini bildirib.