Ukrayna ordusu Qara dənizdə iri rus gəmisini bombaladı - Rusiya üçün ağır itki
Rusiyanın Qara dənizdə yanğın baş verərək sıradan çıxan “Vsevolod Bobrov” adlı gəminin Ukrayna ordusu tərəfindən vurulduğu məlum olub.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun nümayəndəsi Sergiy Bratçuk açıqlama verib. Bildirilib ki, rus gəmisi raketlə vurulub.
Qeyd edək ki, ötən gün Fransa mətbuatı İlan adası sahillərində Rusiyanın strateji önəmə sahib müasir tipli arxa təminat gəmisində yanğın baş verdiyi barədə məlumat yaymışdı. Yanğın gəmiyə ciddi zərər verib. Gəmi çətinliklə də olsa Sevastopol limanına çatıb. Heyət üzvləri xilas edilib. Həmin gəmidən Rusiyanın arsenalında cəmi iki ədəd var.