Türkiyə MN-dən Birgə Mərkəzlə bağlı açıqlama



 17:11 30.01.2021     174

Türkiyənin Milli Müdafiə Nazirliyi Ağdam rayonunda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı paylaşım edib.

Nexeber.az xəbər verir ki, paylaşım nazirliyin Tvitter səhifəsində dərc edilib.

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üçün fəaliyyət göstərəcək Türkiyə-Rusiya Birgə Mərkəzinin Azərbaycanın müdafiə naziri, general-leytenant Zakir Həsənov, milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin iştirakı ilə təntənəli şəkildə açılışı olub”, - tivitdə qeyd olunub.(axar.az)