Putin başa düşməlidir ki... - Kanslerdən vacib açıqlama



 23:11 14.05.2022     1011

Ukrayna mərdlik və fədakarlıqla özünü müdafiə edir. NATO isə geri çəkilməyib və Alyansın şərq cinahını gücləndirib. Finlandiya və İsveç qoşulandan sonra NATO daha da güclənəcək.

Demedia.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

“Rusiya 2,5 ayda Sovet İttifaqının 10 ildə Əfqanıstanda itirdiyindən qat-qat çox itki verib. Putin başa düşməlidir ki, vəziyyətdən yeganə çıxış yolu Ukrayna ilə danışıqlar aparmaqdır”, - Şolts bildirib.